Məişət tullantısının həyətdən yığımı

Tullantınız bizdə, rahatlıq sizdə.

Həftədə 1 və ya 2 dəfə, seçdiyiniz saatda maşın gəlir və tullantını həyətinizdən götürür. Cədvəl, canlı izləmə və ödəniş bir tətbiqdə.

Badamdar

xidmət ərazisi

09:00–18:00

hər gün

3

vaxt intervalı

1–2

dəfə həftədə

Dəqiq vaxt

Yığım günü və 3 saatlıq interval sizin seçiminizdir. Maşın yola düşəndə dəqiqə ilə çatma vaxtını görürsünüz.

Çevik cədvəl

Evdə olmayacaqsınız? Günü bir toxunuşla dəyişin. Lazım olanda əlavə yığım sifariş edin.

Şəffaf ödəniş

Aylıq və ya illik abunəlik, kartla, tətbiqin içindən. Hər ödənişin qəbzi profilinizdədir.

Necə işləyir

Üç addım, sonra hər şey avtomatik

  1. 1

    Tətbiqi yükləyin və ünvanı seçin

    Telefon nömrəsi ilə qeydiyyat 2 dəqiqə çəkir. Evinizi xəritədə göstərin, həyətdə qabın yerini qeyd edin.

  2. 2

    Planı, günləri və saatı seçin

    Həftədə 1 və ya 2 dəfə. Sizə uyğun günləri və 09:00–12:00, 12:00–15:00, 15:00–18:00 intervallarından birini seçin.

  3. 3

    Qabı həyətə qoyun, qalanı bizdədir

    Yığım günü maşın gəlir, işçi qabı boşaldır, siz tətbiqdə “Götürüldü” bildirişi alırsınız.

Canlı izləmə

Maşın harada, nə vaxt gələcək

Yığım günü maşının yolunu xəritədə görürsünüz. Çatma vaxtı yol vəziyyətinə görə hesablanır və hər dəqiqə yenilənir. Maşın yaxınlaşanda bildiriş gəlir.

  • Yol üzrə marşrut və təqribi çatma vaxtı
  • “Maşın yaxınlaşır” və “Götürüldü” bildirişləri
  • Qabın yeri işçinin ekranında

Cədvəl

Günü dəyişin, bu dəfəni ötürün

Bütün gələcək yığımlar bir siyahıda. Evdə olmayacaqsınızsa günü dəyişin, lazım deyilsə ötürün. Dəyişikliklər pulsuzdur, limit planınıza görədir.

  • Pulsuz gün dəyişmə
  • “Bu dəfə ötür” bir toxunuşla
  • Əlavə yığım 24 saat əvvəldən

Qab və stiker

Qab yoxdur? Mağazadan sifariş edin

Ailənizin ölçüsünə uyğun qab seçin, növbəti yığımla gətirilir. Öz qapaqlı qabınız varsa Bingo stikeri kifayətdir: işçi qabınızı kodla tanıyır.

  • 120 / 240 / 360 litrlik qablar
  • Çatdırılma növbəti yığımla
  • Öz qab üçün stiker

Planlar

Sadə qiymət, gizli xərc yoxdur

Qiymətə yığım, canlı izləmə, bildirişlər və dəstək daxildir. Qab və stiker ayrıca, mağazadan.

Ekonom

Həftədə 1 dəfə yığım.

39 ₼ / ay

İllik ödənişdə 429 ₼ (1 ay pulsuz).

  • Həyətdən yığım, seçdiyiniz saatda
  • Canlı izləmə və çatma vaxtı
  • Pulsuz gün dəyişmə
  • Xatırlatma və bildirişlər
  • Tətbiqdən dəstək

Həftədə 1 dəfə · kiçik ailə və az tullantı üçün. Əlavə yığım: 10 ₼.

Başla

Standart

Ən çox seçilən

Həftədə 2 dəfə yığım.

49 ₼ / ay

İllik ödənişdə 539 ₼ (1 ay pulsuz).

  • Həyətdən yığım, seçdiyiniz saatda
  • Canlı izləmə və çatma vaxtı
  • Pulsuz gün dəyişmə
  • Xatırlatma və bildirişlər
  • Tətbiqdən dəstək

Həftədə 2 dəfə · ən çox seçilən plan. Əlavə yığım: 10 ₼.

Başla

Xidmət ərazisi

Hazırda Badamdar ərazisində

Ünvanınız siyahıda yoxdursa, tətbiqdə maraq bildirin. Ərazi açılanda sizə yazırıq.

Badamdar

Suallar

Tez-tez verilən suallar

Hansı tullantılar götürülür?

Adi məişət tullantıları. Tikinti qalıqları, təhlükəli maddələr və iri əşyalar götürülmür.

Qab lazımdır?

Bəli. Qabı mağazadan sifariş edə və ya öz qapaqlı qabınıza Bingo stikeri yapışdıra bilərsiniz.

Evdə olmasam?

Qab həyətin razılaşdırılmış nöqtəsində olsa, işçi götürür. Evdə olmayacaqsınızsa, günü tətbiqdən dəyişin.

Maşın gəlməsə?

Yığım bizim səbəbimizdən baş tutmasa, pulsuz əvəz günü təyin olunur və sizə bildirilir. Əlavə ödəniş yoxdur.

Ödəniş necədir?

Aylıq və ya illik abunəlik. Ödəniş kartla, bankın təhlükəsiz səhifəsində. Kart nömrəsi Bingo-da saxlanılmır.

Abunəliyi dayandırmaq olar?

Bəli, istənilən vaxt. Dövr sonuna qədər xidmət davam edir, istifadə olunmayan hissə üçün geri ödəniş sorğusu göndərə bilərsiniz.

Tətbiqi yükləyin

Qeydiyyat telefon nömrəsi ilə, 2 dəqiqəyə. İlk yığım abunəlikdən sonrakı seçdiyiniz gündə.

iOS tətbiqi hazırlanır. Brauzer versiyası iPhone-da da işləyir.

Yükləmə linkinin QR kodu

Telefonla oxudun